ArtsaxBaşlıcaSiyasət

Artsaxa qarşı Azərbaycanın soyqrım siyasəti ilə bağlı təhlil hazırlanıb

Artsax xalqına qarşı soyqırım təhlükəsi Birləşmiş Millətlər Təşkilatının müəyyən etdiyi bir və ya iki amillə deyil, bütün 14 amillə əsaslandırılır. Bu barədə Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan bildirdi.

“Artsax Respublikasının əhalisinin 2020-ci il müharibəsi zamanı, ondan sonra və artıq 100 günlük blokada şəraitində ciddi ekzistensial problemlə üzləşdiyini nəzarə edərərk Taron Simonyanın rəhbərlik etdiyi hüquq qrupu ilə birlikdə biz BMT Baş Katibinin Soyqırımın qarşısının alınması üzrə Xüsusi Müşavirinə ünvanlanmış geniş (120 səhifədən çox) təhlil hazırladıq.

Təhlil təkcə BMT Nizamnaməsinə, BMT Baş Assambleyasının qətnamələrinə, beynəlxalq konvensiyalarına əsasən deyil, həm də BMT tərəfindən 2014-cü ildə dərc edilmiş “Vəhşilik cinayətlərinin təhlili çərçivəsi”nə əsasən hazırlanıb. Bu amillərdən bəzilərinin mövcudluğu soyqırımı təhlükəsinin real hesab olunması üçün kifayət edir. Bu soyqırımın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətdən lazımi tədbirlər tələb edir.

Təhlil milli və beynəlxalq təşkilatların faktaraşdırıcı nəticələrindən və beynəlxalq hüququn normalarından istifadə edərək, bütün 14 amil və onların altında təqdim olunan alt faktorlar üçün hüquqi və faktiki əsaslandırmalar təqdim edir”,- deyə Vardanyan yazdı.

Daha çox göstər
Back to top button