BaşlıcaSiyasət

ABŞ Nikol Paşinyanın sülhün bərqərar olması ilə bağlı mesajını yüksək qiymətləndirir

Amerika Birləşmiş Ştatları ER Baş naziri Nikol Paşinyanın sülhün bərqərar olmasının irəliləyişi ilə bağlı mesajını yüksək qiymətləndirir. “Armenpress”in məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel özünün “Twitter” mikrobloqunda yazıb.

O, ABŞ dövlət katibi Entoni Blinkenin Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin aparılmasında fəal iştirak etdiyini vurğulayıb. “Cənubi Qafqazda davamlı və sabit sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyiş bizi həyəcanlandırır. Biz Nikol Paşinyanın bu irəliləyişlə bağlı mesajını yüksək qiymətləndiririk”, – deyə Patel bildirib.

Daha çox göstər
Back to top button