ArtsaxBaşlıcaSiyasət

Azərbaycan işğal olunmuş erməni yaşayış məntəqələrini qeyr-qanunsuz şəkildə məskunlaşdırır։ Artsax XIN

Azərbaycan 44 günlük müharibə nəticəsində işğal olunmuş erməni yaşayış məntəqələrini qanunsuz şəkildə məskunlaşdırır. Bu barədə Artsax Respublikasının xarici işlər naziri Sergey Ghazaryan bildirdi. O qeyd etdi ki, bu, qəbuledilməzdir.

“Noyabrın 9-da byanatda belə bir bənd var ki, onu imzalayan tərəflər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında soydaşlarımızın ləyaqətlə qayıtması üçün hər cür şərait yaratmağı öhdələrinə götürüblər. Lakin, belə bir şəraitdə, Azərbaycandan hər gün güc tətbiqi və ya güc tətbiq etmə təhdidi ilə bağlı bəyanatlar səslənəndə bu, istisna olunur. Biz qeyd edirik ki, tərəflər, ilk növbədə həmin bəyanatın tələblərini pozan Azərbaycan tərəfi, öz öhdəliklərini yerinə yetirməlidirlər”,- nazir vurğuladı.

Xatırladaq ki, 2022-ci il dekabrın 12-dən Azərbaycan Artsaxı xarici dünya ilə birləşdirən yeganə yolu (Laçın dəhlizi) bağladı, Beynəlxalq Qızıl Xaç Komitəsi və Rusiya sülhməramlıları istisna olmaqla, Artsax xalqının, nəqliyyat vasitələrinin və yüklərin ölkəyə girişini və çıxışı bağlanıb. Azərbaycanın bu cinayətləri nəticəsində 120.000 Artsax sakini çoxlu məhrumiyyətlər və əziyyətlər çəkir.

2023-cü il fevralın 22-də Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Məhkəməsi Azərbaycanı insanların, nəqliyyat vasitələrinin və yüklərin Laçın dəhlizi ilə hər iki istiqamətdə maneəsiz hərəkətini təmin etməyi məcbur edən qərar qəbul etdi. İndiyə kimi Azərbaycan beynəlxalq ali məhkəmənin qərarını yerinə yetirmək üçün heç bir iş görməyib. Üstəlik, Azərbaycan Artsaxın 2023-cü ilin martın 5-də Artsaxa qarşı təcavüz törədib, nəticədə 3 Artsax polisi öldürüb.

Daha çox göstər
Back to top button