BaşlıcaSiyasət

İranlı mütəxəssis:  “Əli Baqirinin Ermənistana səfəri Ermənistanın İran üçün əhəmiyyətini göstərir”

İran Xarici işlər nazirinin müavini Əli Baqirinin Novruzda Ermənistana səfəri Ermənistan və Qafqazın İran üçün əhəmiyyətini göstərir.

 Beynəlxalq münasibətlər üzrə iranlı ekspert Ehsan Movahedian IRIB xəbər kanalına müsahibəsində belə bir fikri bildirib.

Onun sözlərinə görə, ərəb ölkələri ilə münasibətlər tənzimləndikdən sonra İran üçün yalnız Qafqazın sərhədləri qeyri-sabit olaraq qalır.

Ekspertin sözlərinə görə, Əliyev-Erdoğan görüşündən və İsraildən yeni silah alışından sonra Bakının hərbi hərəkətləri yeni sürət qazanıb.

“Əliyev öz ölkəsinin maraqlarını düşünmək əvəzinə Ermənistan sərhədlərində avantüraya əl atmağa tələsir, çünki İsrail və Türkiyənin daxili vəziyyətini, Qərbin Rusiyanın qarşısını almaqda uğursuzluğunu nəzərə alaraq, vaxt Əliyevin xeyrinə deyil” – deyə o, bildirib.

Ekspert vurğulayıb ki, Əliyevin Ermənistana yeni hücumunun məqsədi Ermənistan-İran sərhədini ləğv etmək, Rusiyaya qarşı yeni cəbhə açmaq, 100 günlük blokadadan sonra Artsaxı işğal etmək, “Zəngəzur dəhlizi yaratmaq”, İranı kənarda qoymaqdır. Enerji və nəqliyyat yollarından İran, Rusiya, Çin sərhədlərindən terrorçuları və separatçıları daşımaqdır

Daha çox göstər
Back to top button