
“Twitter” səhifəsində ER-nin xüsusi təyinatlı səfiri Edmon Marukyan Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbinin ABŞ-ın tərəfləri gərginliyi azaltmağa çağırdığı barədə bəyanatına istinad edib.
“ABŞ-ın bu bəyanatından az sonra Azərbaycan silahlı qüvvələri Ermənistanın suveren ərazisində bir erməni hərbiçini güllələyərək öldürüb.
Təcavüzkarla həmin təcavüz qurbanının arasında bərabərlik işarəsi qoymaq praktikası qəbuledilməzdir və təcavüzkarı həvəsləndirir” – deyərək Marukyan qeyd edib.