Başlıcaİdman

İsveç-Azərbaycan matçında Azərbaycan millisinin məşqçisinin köməkçisi Artsax bayrağını çəkərək ermənilərdən birini vurmağa cəhd edib

Futbol üzrə Avropa çempionatının seçmə turnirinin ikinci turu çərçivəsində keçirilən İsveç – Azərbaycan matçında erməni gənclər Artsax və Ermənistanın bayraqlarını qaldırıblar.

NEWS.am ilə söhbətində aksiyanın təşkilatçılarından biri bildirib ki, onlar həmin aksiya vasitəsilə 106 gündür mühasirədə olan Artsax xalqının taleyi ilə bağlı məsələni qaldırmağa çalışıblar.

“Biz erməni gəncləri ilə bir araya gəldik və 106 gündən artıq blokadada olan Artsax naminə, üzərində “Artsaxın blokadasına son qoyulsun” yazılacaq bir plakat hazırlamağa qərar verdik”, – deyə gənc bildirib. .

O bildirib ki, Azərbaycan millisinin məşqçisinin köməkçisi erməni gənclərə yaxınlaşaraq onlardan birinə vurmaq istəyib.

“Onların məşqçisinin köməkçislərindən biri 1 dəqiqədən sonra yanımıza gəldi və Artsax bayrağını çəkdi, gənclərdən birini vurmağa çalışdı, söyüşlər qışqırdı, bu zaman polis gəlib onu həbs etdi”.

Daha çox göstər
Back to top button