
Bu ilin fevral ayında ötən ilin müvafiq ayı ilə müqayisədə iqtisadi aktivlik göstəricisi 11,3 faiz artıb. Bu barədəErmənistanın Statistika Komitəsindən bildirilib. Ən yüksək artım xarici ticarət dövriyyəsi sahəsində qeydə alınıb – 79,5%. İxrac 2,1 dəfə, idxal isə 62 faiz artıb.
Xidmətlərin həcmi 21,1 faiz, ticarət dövriyyəsi 18,2 faiz artıb. İstehlak qiymətləri indeksi 8,1 faiz, elektrik enerjisi istehsalı 1,3 faiz artıb.