
Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə telefon danışığı aparıb.
Həmsöhbətlər Azərbaycan tərəfindən Laçın dəhlizinin qeyri-qanuni şəkildə bağlanması nəticəsində davam edən böhranla bağlı məsələləri müzakirə ediblər. Son hadisələr, Ermənistan-Azərbaycan danışıqlar prosesi, sülh gündəliyi ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər regionda sabitliyin və sülhün təmin edilməsi üçün ardıcıl səylərin vacibliyini vurğulayıblar.