BaşlıcaBeynəlxalq

Paşinyanın Demokratiya Sammitində çıxışı: “Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır”

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Co Baydenin təşəbbüsü ilə onlayn rejimdə keçirilən ikinci Demokratiya Sammitində çıxış edib.

Aldığımız məlumata görə, bu barədə Ermənistanın Baş naziri xüsusilə qeyd edib:

“Hörmətli Prezident Bayden,

Hörmətli dövlət başçıları,

Xanımlar və cənablar,

İkinci Demokratiya Sammitində Ermənistan Respublikası adından çıxış etmək mənim üçün həm şərəf və həm də xoşdur.

Qlobal və regional çağırışlara baxmayaraq, Ermənistan ardıcıl olaraq demokratik islahatların gündəliyini həyata keçirməkdə davam edir.

Bunun nəticəsidir ki, ölkəmiz müxtəlif dünya reytinqlərində mövqeyini yaxşılaşdırıb.

Freedom House təşkilatı illik “İnternet azadlığı” hesabatında Ermənistanı “azad”  ölkə adlandırıb.

“Sərhədsiz reportyorlar” təşkilatının dərc etdiyi 2022-ci il “Dünya Mətbuat azadlığı” İndeksində Ermənistan da misilsiz  irəliləyiş əldə edərək, mövqeyini 12 pillə yaxşılaşdırıb.

Ötən il Ermənistan “Economist Intelligence Unit” tərəfindən dərc olunan demokratiya indeksində mövqeyini 7 pillə yaxşılaşdırıb.

Ermənistan hökuməti aşağı emissiyalı enerji sektoru və canlı yaşıl iqtisadiyyat yaratmaq üçün iqlim dəyişikliyi ilə mübarizəni davam etdirir.

 “Enerji Trilemma İndeksi 2021” beynəlxalq enerji reytinqində 127 ölkə arasında 53-cü yeri tutaraq irəliləyiş əldə etdik.

Ölkəmizdə demokratik təsisatların möhkəmlənməsi ilə yanaşı, 2022-ci ilin sentyabrında biz Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinə qarşı təcavüzlə üzləşməli olduq və bu, suveren ərazimizin bir hissəsinin Azərbaycan tərəfindən okupasiyaya səbəb oldu.

Hələ sentyabr ayında biz demokratik ölkələrin birliyini və onların Ermənistana qarşı təcavüzü açıq şəkildə pisləməsini hiss edirdik.

Fürsətdən istifadə edərək, növbəti işğalın qarşısını almaq üçün diplomatik vasitələrlə bizə kömək edən ABŞ-a və digər tərəfdaşlara minnətdarlığımızı bildirmək istərdim.

Ermənistan bütün dünyada insan hüquqlarının pozulmasını qətiyyətlə pisləyir. Odur ki,  biz soyqırımların, etnik təmizləmələrin və vəhşiliklərin qarşısını almaq üçün birlikdə çox işlər görməliyik.

Bu gün Dağlıq Qarabağda ermənilərlə baş verənlər, Azərbaycanın Laçın dəhlizinin blokadaya salınması və bunun nəticəsində yaranan humanitar böhran, şübhəsiz ki, Dağlıq Qarabağda ermənilərə qarşı etnik təmizləmə cəhdidir.

Biz isə buna göz yuma bilmərik. Eyni zamanda, bir daha deyirəm ki, Ermənistan Azərbaycanla sülh prosesinə sadiq qalır. Əminik ki, regionun dinc inkişafının alternativi yoxdur və demokratik dəyərlərə sadiqlik sülhə gedən yol tapmağa kömək edəcək.

Xanımlar və cənablar,

Demokratiya davamlı işdir və biz qlobal demokratiya reytinqində Ermənistan üçün yeni meyar qoyaraq yeni öhdəliklər götürməyə davam edəcəyik.

Mən sülh, azadlıq, xoşbəxtlik üçün demokratiyanın gücünə inanıram.

Təşəkkür edirəm”.

Daha çox göstər
Back to top button