BaşlıcaSiyasət

“Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırıq”: KTMT

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistan-Azərbaycan şərti sərhədinə missiya göndərməyə hazırdır.

Bunu təşkilatın nümayəndəsi Yuri Şuvalov deyib.

O bildirib ki, KTMT Ermənistanın təhlükəsizliyi naminə bu addımı atmağa hazırdır.

KTMT rəsmisi əlavə edib ki, qurum digər yardım tədbirləri də göstərə bilər və bu sahədə problem yoxdur.

Xatırladaq ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir. Təşkilatın hazırkı baş katibi İmanqali Tasmaqambetovdur.

Daha çox göstər
Back to top button