BaşlıcaSiyasət

Ermənistanın Milli Təhlküəsizlik Xidməti bəyanat yaydı

2022-ci ildə əldə olunmuş razılığa görə, 2023-cü ilin aprelin 1-dən Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçin dəhlizi Kornidzor körpüsündə başa çatmalıdır. Aprelin 1-dən Ermənistanı Laçin dəhlizinə birləşdirən yol Kornidzor-Teq yoldan keçməlidir. Bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin bəyanatında qeyd olunur.

Qeyd olunub ki, yolun bütün uzunluğu və ona bitişik ərazisi Rusiya sülhməramlı qüvvələrinin nəzarətində idi.

“Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmaya əsasən, martın son günlərində sözügedən hissədə sərhədin hər iki tərəfinə iki ölkənin sərhədçiləri yerləşdirilməli idi. Bəzi yerlərdə Azərbaycan tərəfi əvvəlcədən hazırlanmış düzəlişləri gözləmədən mövqe tutmağa başlayıb və mühəndis işləri aparıb.

Ermənistan tərəfinin hesablamalarına görə, beş belə məntəqə var ki, Azərbaycan tərəfi sərhəddən 100-300 metr daha yaxın yerləşib. Ermənistan tərəfi vəziyyətə eskalasiyaya yol verməmək məntiqi ilə yanaşır.

Sərhədin həmin hissəsinin mühafizəsi yuxarıda qeyd olunan müqaviləyə uyğun olaraq sərhəd qoşunları tərəfindən aparılmalıdır”,- bəyanatda deyilir.

Daha çox göstər
Back to top button