
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva qəbul olunmuş reallığı təhrif etmək kursuna sadiq qalaraq “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı bəyanat yayıb və Ermənistanı müxtəlif cinayətlərdə ittiham edib:
Azərbaycan KİV-nin məlumatına görə, Əliyevanın bəyanatında “1918-ci ildə on minlərlə dinc azərbaycanlının sırf etnik mənsubiyyətinə görə qətlə yetirildiyi, soyqırıma və erməni millətçilərinin işğalçı siyasətinə məruz qaldığı qanlı hadisələrdən” bəhs edilir.
“Erməni-bolşevik təşkilatlarının üzvləri insanları evlərində diri-diri yandırır, xüsusi amansızlıqla qətlə yetirirdilər” – deyə məlumatda bildirilir.
Bununla bağlı Əliyeva beynəlxalq ictimaiyyətdən və mötəbər beynəlxalq təşkilatlardan “ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı cinayətlərinə hüquqi-siyasi qiymət verməyi, soyqırımını tanımağı və ədalətin bərqərar olmasına dəstək verməyi” tələb edib.
Belə ki, Azərbaycanın ombudsmanı nəinki əsirlikdə olan ermənilərin, Azərbaycandan qovulmuş ermənilərin hüquqlarının müdafiəsi, ötən əsrin sonlarında Azərbaycanda ermənilərə qarşı törədilmiş kütləvi qırğınların müəlliflərinin və icraçılarının cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı birbaşa funksiyalarını yerinə yetirmir, həm də faktların təhrif olunmasına kömək edir