Ekonomikaİctimaiyyət

Ermənistana pul axını 3,5 dəfə artıb

Bu ilin yanvar-fevral aylarında Ermənistan Respublikasının bankları vasitəsilə fiziki şəxslərə köçürülən məbləğlər əvvəlki il ilə müqayisədə 3,5 dəfə artıb. Bu barədə “Factor.am” Mərkəzi Bankına istinadən bildirdi.

Bu ilin ilk 2 ayı ərzində Ermənistana köçürmələrin həcmi ötən il 308 milyon 16 min dollar əvəzinə 1 milyard 100 milyon 31 min dollar təşkil edib. Transferlərin 80%-dən çoxu Rusiyadan olub. Bu ilin ilk 2 ayında Rusiyadan Ermənistana ötən ilin eyni dövründəki 123 milyon dollar əvəzinə 882 milyon 150 min dollar göndərilib. Fiziki şəxslərin Rusiyadan Ermənistana köçürmələri təxminən 7 dəfə artıb.

İkinci yerdə ABŞ olub. Yanvar-fevral aylarında ABŞ-dan Ermənistana ötən ilin eyni aylarındakı 82 milyon dollar əvəzinə 87 milyon dollar köçürülüb. Artım 2 milyon dollar və ya 2,4% təşkil edib.

Ermənistandan pulların köçürülməsi də artıb.

Daha çox göstər
Back to top button