BaşlıcaSiyasət

Ötən il Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin 4 görüşü olub

Ermənistan hökuməti Türkiyə ilə münasibətlərin normallaşması prosesinin təfərrüatlarını təqdim edib.

Alınan  xəbərə görə, “Ermənistan Respublikası hökumətinin 2022-ci il proqramının (2021-2026-cı illər) icra prosesi və nəticələri haqqında” hesabatda Türkiyə ilə münasibətlərin normallaşması prosesinə toxunulub.

Xəbərdə xatırladılır ki, 2022-ci il iyulun 11-də ER Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanla telefon danışığı aparıb, ER Baş naziri Türkiyə prezidentini qurban bayramı münasibətilə, Türkiyə prezidenti isə ER Baş nazirini Vardavar,  Hisus Kristosun canlanması bayramı  münasibətilə  təbrik edib.

Ölkələrin liderləri ölkələri arasında münasibətlərin tənzimlənməsi üçün ikitərəfli prosesin vacibliyini vurğuladılar.

2022-ci iloktyabrın 6-da  Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan Praqada Avropa Siyasi Birliyinin zirvə toplantısı çərçivəsində görüşüblər.

2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar 2023-cü il fevralın 7-də Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan arasında telefon danışığı olub.

ER Baş naziri ölkənin Cənub-Şərq bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar Türkiyə prezidentinə və xalqına başsağlığı və dəstəyini ifadə edib.

   ER Baş nazirinin qərarı ilə fevralın 8-də Ermənistan Respublikası Daxili işlər nazirliyinin Xilasetmə xidmətinin axtarış-xilasetmə qrupunun 27 üzvü və Xarici işlər nazirliyinin bir əməkdaşı Ermənistan Respublikası Türkiyənin Adıyaman şəhərinə göndərilib və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində iştirak edib.

2023-cü il fevralın 11-də 100 ton humanitar yüklə 5 erməni yük maşını 1993-cü ildən bağlı olan Marqara körpüsü ilə Ermənistan-Türkiyə sərhədini keçərək fəlakət zonası Adıyama istiqamətinə keçib.

Qeyd olunur ki, 2023-cü il fevralın 14-də ER 2  humanitar yardımı 2 TIR (12 ton) ilə yenidən Marqara körpüsü ilə Türkiyəyə göndərilib.

2023-cü il fevralın 15-də Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

Nümayəndə heyətinin tərkibində Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə danışıqlarda xüsusi nümayəndəsi, ER parlamentin sədr müavini Ruben Rubinyan da olub.

Ermənistan nümayəndə heyətini Ankara hava limanında Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç qarşılayıb. Bundan sonra Ermənistan və Türkiyə Xarici işlər nazirləri arasında təkbətək söhbət olub və daha sonra geniş tərkibdə görüş  keçirilib.

   Həmin gün ER Xarici işlər naziri Ararat Mirzoyan zəlzələdən zərər çəkmiş Adıyaman şəhərinə səfər edib, burada fevralın 8-dən axtarış-xilasetmə işləri aparan ER xilasetmə qrupu ilə görüşüb, həmçinin dağıntıların baş verdiyi  bölgülərlə  ilə tanış olub.

   Fevralın 16-da ER Daxili İşlər Nazirliyinin xilasetmə xidmətinin axtarış-xilasetmə dəstəsi Marqara-Əlican sərhəd-keçid məntəqəsi vasitəsilə ER-ə qayıdıb.

2022-ci il martın 12-də Antalya Diplomatik Forumu çərçivəsində ER Xarici işlər naziri Ararat Mirzoyan və Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu arasında görüş keçirilib və bu görüşdə iki ölkənin Xarici işlər nazirləri Ermənistan və Türkiyə arasında münasibətləri tam şəkildə normallaşdırmağa hazır olduqlarını bir daha təsdiqləyiblər.

 Türkiyə   ilkin şərt olmadan qonşuluq münasibətlərinin qurulmasına yönəlmiş prosesi və bu prosesdə iki ölkənin xüsusi nümayəndələrinin işini dəstəklədiklərini bildiriblər.

   2022-ci il ərzində ER və Türkiyənin xüsusi nümayəndələrinin 4 görüşü baş tutub.

ER-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində 2022-ci ilin fevralından iki ölkə arasında birbaşa hava əlaqəsi bərpa edilib. 2023-cü il yanvarın 1-dən Türkiyə Ermənistanla birbaşa hava yüklərinin daşınmasına qoyulan qadağanı da aradan qaldırıb.

2022-ci il iyulun 1-də ER və Türkiyənin xüsusi nümayəndələri Vyanada ER və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının ER-Türkiyə quru sərhədindən keçmək imkanlarının təmin edilməsi ilə bağlı razılığa gələrək bu istiqamətdə lazımi proseslərə başlamaq qərarına gəliblər.

Bu sazişin icrası çərçivəsində noyabr-dekabr aylarında 2 ölkənin idarələrarası peşəkar qruplarının 2 görüşü keçirilib.

Daha çox göstər
Back to top button