Ermənistanda keçirilən Ağır Atletika üzrə Avropa çempionatı ən yaxşılardan biridir, hər şey ən yüksək səviyyədə təşkil olunubdur.
Bu haqda Ukraynanın kişi və qadınlardan ibarət milli komandalarının məşqçisi Yuri Kuçinov Ermənistan İctimai Radiosuna bildirib.
“Mən 20 dünya və 30-dan çox Avropa çempionatında iştirak etmişəm, mən deyərdim ki, Ermənistan çempionatı gördüyüm ən yaxşı turnirlərdən biridir” – deyə məşqçi bildirib.
“İdmançılar üçün hər şey çox rahatdır, bu çox vacibdir. Tamaşaçı tribunaları da yaxşı təşkil olunub. Ümumiyyətlə, hər şey ən yüksək səviyyədədir” – deyərək Yuri Kuçinov qeyd edib.