BaşlıcaErməni SoyqırımıTəhlil

“Soyqırımdan bir əsr sonra erməni xalqının başqa bir hissəsi də eyni aqibəti ilə üz-üzədir”: Tarixçi

Ermenihaber.am Erməni Soyqırımının 108-ci ildönümü və tanınma prosesi ilə bağlı mümkün hadisələr barədə şərqşünas-tarixçi Armen Petrosyan ilə danışıb. Həmin müsahibəni təqdim edirik:

-Erməni xalqı Ermənistanda, Artsaxda və diasporada, eləcə də sivil bəşəriyyətin əhəmiyyətli bir hissəsi Erməni Soyqırımı qurbanlarının anımının 108-ci ildönümü ilə bağlı tədbirlərdə iştirak edir. Lakin bəlkə də geosiyasi proseslərin təsiri ilə Soyqırımın tanınması prosesi bir qədər səngiyib. İndiki dövrü necə təsvir edərdiniz?

-Sualın məzmununa istinad edərək, mən ilk növbədə mövcud qlobal hadisələrə toxunmalıyam. Geosiyasi qeyri-sabitlik şəraitində dünyanın müxtəlif yerlərində insanlığa qarşı törədilən müxtəlif cinayətlərin olması əsasən keçmişdə oxşar halların cəzasız qalmasının nəticəsidir. Bəli, yenə də dar siyasi maraqlar ümumbəşəri dəyərlərdən üstündür. Bu kontekstdə beynəlxalq ictimaiyyətin Erməni Soyqırımının tanınması, qınanması və məsuliyyətə cəlb edilməsi ilə bağlı qeyri-sabit münasibəti həm ötən əsrdə, həm də günümüzdə müxtəlif faciəvi reallıqların təkrarlanmasına səbəb olub.

Bu haqda dəfələrlə danışılıb. Təəssüf ki, 100 ildən artıqdır ki, soyqırımına məruz qalan, doğma yurd-yuvasından didərgin düşmüş xalqın başqa bir hissəsi də eyni acınacaqlı aqibəti yaşayır. Azərbaycan hakimiyyəti tərəfindən soyqırım siyasətinin həyata keçirilməsinin təzahürləri təkcə 1990-cı illərin əvvəlləri və 2020-ci il 44 günlük müharibə ilə məhdudlaşmadı.

Tarixən erməni bölgələri olan Şuşi, Hadrut və digər erməni yaşayış məntəqələrindən erməni əhalisinin zorla çıxarılması, mülki sakinlərin öldürülməsi və didərgin düşməsindən sonra növbə Artsaxın qalan hissəsinin ermənilərinə çatdı. Bakı rejiminin cinayətkar siyasəti və Laçın dəhlizinin bağlanması nəticəsində 4 aydan artıqdır ki, Artsaxın mühasirəsi davam edir, 120.000 insan tarixi yurdunda hədə-qorxu, vaxtaşırı təhdidlər, əsas yaşayış şəraitlərinin olmaması: ərzaq, dərman, elektrik və qaz təchizatının olmaması şəraitində yaşayır. Azərbaycanın avtoritar rejimi Beynəlxalq Ədalət Məhkəməsinin hökmünə, bir çox beynəlxalq strukturların, BMT, ATƏT, Aİ və s., dünyanın bir çox dövlətlərinin müraciətlərinə hörmətsizlik nümayiş etdirir.

Azərbaycan Artsaxın yerli əhalisini dilemma ilə üz-üzə buraxır. Belə bir şəraitdə Türkiyənin də hərtərəfli dəstəyini alan Azərbaycanın soyqırım siyasətinin qarşısını almağın yolu Erməni Soyqırımı ilə Artsax ermənilərinə qarşı soyqırım siyasəti arasında rəsmi ritorika və diplomatik fəaliyyətdə paralellərin keçirilməsi ola bilər. Artsax ermənilərinin başına gələn yeni fəlakətin qarşısının alınması mexanizmləri çox məhduddur. Erməni Soyqırımının təkrarlanması mümkünlüyünü sivil bəşəriyyətə çatdırmaq üçün bütün imkanlardan istifadə də onlardan biri olmalıdır. Əminəm ki, yuxarıda qeyd olunanlar həm də Erməni Soyqırımının tanınması prosesinə yeni təkan verəcəkdir.

-Geosiyasi reallıqlarla yanaşı, Türkiyə-Ermənistan normallaşma prosesi Soyqırımın tanınması prosesinə təsir edirmi?

-Bunun mütləq təsiri var. Ümumiyyətlə, Erməni Soyqırımının tanınması prosesinin məzmununa siyasi, hüquqi, mənəvi və s. təbəqələr daxildir. Əgər sadalananlardan birincisi, əsasən, dünya ilə Türkiyə arasındakı münasibətlərin qatlarına, bir çox dövlətlərlə onların erməni əsilli vətəndaşların münasibətlərinə toxunursa, prosesin mənəvi-hüquqi aspektləri əsasən erməni xalqına, onun üç hissəsinə aiddir.

Təbii ki, rəsmi Ankara durğun görünən proses vasitəsilə Soyqırımın təsirinin siyasi komponentini mümkün qədər azaltmağa çalışır, xüsusilə Türkiyə-Ermənistan münasibətlərinin tənzimlənməsində maraqlı olan əsas xarici aktorların davranışlarını daha idarəolunan hala gətirməyə cəhd edilir.

Erməni xalqına gəlincə, bizim üçün problem daha çox mənəvi-hüquqi ölçüdədir, bunun son məqsədi ədalətin zəfəri, cinayətin tanınması və məsuliyyətə cəlb olunmasıdır. Təbii ki, bu, son dərəcə çətin bir prosesdir, xüsusən də türkiyənin prinsipial inkarı və bir çox başqa obyektiv maneələrlə üzləşdikdə, lakin bunun üçün heç bir zaman məhdudiyyəti yoxdur.

Soyqırıma məruz qalanların xatirəsini yad etmək, bu faktı bütün dünyaya, bəşəriyyətin yeni nəsillərinə çatdırmaq erməni xalqının bütün nəsillərinin mənəvi borcudur. Bu həm də yeni soyqırımların qarşısının alınması prosesinə töhfə verir.

-Türkiyədə qarşıdan gələn milli seçkilərin nəticələrinin tanınma prosesinə və Türkiyə-Ermənistan normallaşmasına hər hansı təsiri olacaqmı?

-Türkiyədə keçiriləcək seçkilərdən gözləntilərim hər iki məsələdə böyük deyil. Mövcud hakimiyyətin yanaşmaları göz qabağındadır: tanınma ilə bağlı eyni inkar siyasəti davam edəcək, özünü sadəcə “ümumi ağrı” anlayışının təbliği ilə məhdudlaşdıracaq.

Ermənistanla normallaşma prosesində Ankaranın siyasəti Türkiyə-Ermənistan prosesini Azərbaycan-Ermənistan prosesinə paralel aparmakdır və bununla da Türkiyə-Azərbaycan ortaq regional gündəliyinin həyata keçirilməsi yoluyla Ermənistana əlavə təzyiqlər göstirlir.

Müxalifətin qələbəsi ilə bağlı mümkün proqnozlara gəlincə, Ankaranın hər iki istiqamətdə dərin yanaşmalarında dəyişiklik gözləmək real deyil. Lakin dolayı siyasi istinadlar da mümkündür. Xüsusilə, Ankaranın regional siyasəti kontekstində, Türkiyə-Qərb, Türkiyə-Rusiya münasibətlərində proqnozlaşdırılan bəzi dəyişikliklər Amerikanın da maraqları çərçivəsində Ermənistanla gündəmlərinə də təsir göstərə bilər.

Bu istiqamət Türkiyə-Ermənistan normallaşması prosesinə müsbət təkan verə bilər. Türkiyənin yanaşmalarında isə, ən əsaslı dəyişiklikləri həmin ölkənin demokratikləşmə prosesi kontekstində qeyd etmək olar, təəssüf ki, hazırda bunu proqnozlaşdırmaq mümkün deyil.

Daha çox göstər
Back to top button