BaşlıcaErməni Soyqırımı

Tauasif bint Həmid Səudiyyə Ərəbistanında Erməni Soyqırımı mövzusunda dissertasiya müdafiə edib

Səudiyyə Ərəbistanı İslam Universitetinin Sosiologiya fakültəsinin Tarix və sivilizasiya şöbəsinin magistri Təvasif bint Həmid bin Muqbil əl-Unzi Erməni Soyqırımı ilə bağlı dissertasiya müdafiə edərək, Erməni Soyqırımı ilə bağlı tarixi faktı bir daha təsdiq edibdir.

Ermenihaber.am ilə söhbətində magistr mövzunun seçilmə səbəbləri, Səudiyyə Ərəbistanında Erməni Soyqırımı ilə bağlı məlumatlılıq və digər məsələlər barədə  danışıb.

Sual – Hörmətli Tauasif, bu yaxınlarda Erməni Soyqırımından bəhs edən magistr dissertasiyasını müdafiə etmisiniz. Bu xüsusi mövzunu necə seçdiyiniz barədə bizi bir az məlumatlandıra  bilərsinizmi?

 Cavab – Erməni Soyqırımı mövzusu çox həssas mövzu kimi tanınır, beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmişdir. Böyük Britaniyada, xüsusən 1918-ci ildə I Dünya Müharibəsinin sonunda beynəlxalq konfrans və sazişlərin platformalarını zəbt etmişdir

Erməni məsələsi hələ 1878-ci ildə ortaya çıxarkən Böyük Britaniya beynəlxalq ictimaiyyət arasında müxalif mövqeyə malik olub.

Bölgənin problemlərində maraqlı olan fövqəldövlətlərdən biri kimi Böyük Britaniya, təbii ki, hərbi-siyasi mövqeyə malik idi ki, bu da bir çox hadisələi və nəticələr bu araşdırma (müəllifin magistr dissertasiyası) çərçivəsində onların ətrafında yaranan tarixi mübahisələrdən kənar olaraq  bu cür həll edilirdi.

Bütün bunların mühümlüyündən çıxış edərək mövzunun seçilməsinin səbəbləri bunlar olub:

1. İngiltərənin erməni qırğınları ilə bağlı siyasəti ilə əlaqədar ixtisaslaşmış tənqidi və analitik araşdırmaların azlığı, erməni qırğınları ilə bağlı ingilislərin mövqeyinin motivləri ətrafında ziddiyyətlərin və qeyri-müəyyənliyin çoxluğu, ikimənalığı idi ki, onu  da  mən bunları müxtəlif mənbələrə əsasən dəqiqləşdirməli və şərh etməli olmuşam.

2. Bu mövzuya toxunmaq istəyim, gələcək nəsillər üçün qərəzsiz şərh baxımından təsiri olan və hələ də təsirini saxlayan Avropa irsi ilə bağlı əvvəlki araşdırmaları tamamlamaq  olub.

3. Böyük Britaniyanın dövrün müasiri olması və o dövrün bütün tarixi hadisələrinə rəhbərlik etməsi ilə yanaşı, mövzunun seçilməsinə səbəblərdən biri də mühüm olan  sənədli materialların və xarici mənbələrin, xüsusən də sərvətlə bağlı sənədlərin olmasıdır. Hansılar ki, 1915-ci ilə  xüsusən zabit və  hərbiçiləriə aid  sənədlərdir.  İngiltərənin erməni qırğınlarına qarşı siyasəti və ümumilikdə onun siyasətinin daha geniş aspektləri ilə əlaqədardır.

Sual  – Səudiyyə Ərəbistanında Erməni Soyqırımı mövzusu nə qədərlə araşdırılıb? Akademik və elmi dairələrdə Erməni Soyqırımının araşdırılması məsələsində maraq varmı?

Cavab – Təbii ki, dünya tarixinə maraq daha dərin və genişdir, lakin elmi araşdırmalar çox vaxt tədqiqatçıların seçim və maraqlarından asılıdır.

Sual – Bəs Səudiyyə Ərəbistanında ictimai məlumatlandırma hansı səviyyədədir? Sizcə, bu kontekstdə Ermənistan və erməni xalqı nə etməlidir?

Cavab – Təbii ki, Səudiyyə Ərəbistan xalqı, əlaxüsus ziyalılar arasında soyqırımla bağlı maarifləndirmə  mövcuddur. Ermənistan qonşuları ilə bütün mübahisələrin aradan qaldırılması işində  təsirli rol oynamalı, onun maraqlarına və siyasi, iqtisadi və beynəlxalq arenada böyüməsinə təhlükə yaradan hər şeyə həssas və real yanaşmalı və tarixdən daha çox dərs almalıdır. Belə ki, Ermənistanın tarixi dərslərlə doludur.

Sual – Bu il Erməni Soyqırımının 108-ci ildönümüdür. Türkiyə nəinki tanımır, hətta ardıcıl olaraq tanınma prosesini inkar etməyə və buna qarşı mübarizəyə davam edir. Sizcə, Türkiyənin cəzasız qalması bu cür davranışın Suriya və İraq kimi başqa ölkələrdə də davam etməsinə təkan vermirmi?

Cavab – Məncə, bu, təkcə Türkiyəyə deyil, digər ölkələrə də aiddir.Birmənalı şəkildə bəli.

Sual – Bildiyimiz kimi, Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr yoxdur. Yaxın vaxtlarda diplomatik münasibətlərin qurulmasını mümkün hesab edirsinizmi? Bu prosesdə hansı maneələri görürsünüz?

Cavab – Yuxarıda qeyd etdiyim kimi, rəhbərlik xarici aləm qarşısında olduqca  açıqdır və bizim kralımız və şahzadəmiz Məhəmməd bin Salmanın xarici siyasət sahəsində güclü və tarixi baxışı var. Ona görə də gələcəkdə Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin olacağını istisna etmirəm.

Daha çox göstər
Back to top button