Başlıcaİdman

H.Mxitaryan Çempionlar Liqasının finalına çıxan ilk erməni futbolçudur

 Milanın “İnter”I  yarımmüdafiəçisi Henrix Mxitaryan Çempionlar Liqasının finalına yüksələn ilk Ermənistan futbolçusu olub.

Yarımfinalın cavab oyununda Ermənistan millisinin sabiq kapitanı “İnter”in start heyətində olsa da, ilk hissənin son dəqiqələrində zədə alaraq  əvəzlənib.

İlk oyn ərzində qol vurub, “İnter” 2:0 hesabı ilə qalib gəlib. Cavab matçında italiyalı Simone İnzaqinin rəhbərlik etdiyi komanda argentinalı hücumçu Lautaro Martinezin qolu sayəsində 1:0 hesablı qələbə qazanıb.

“İnter” 6-cı dəfə Çempionlar Liqasının finalında meydana çıxacaq. Komanda sonuncu dəfə 2010-cu ildə portuqaliyalı Joze Mourinyonun rəhbərliyi altında finala yüksəlib və finalda Münhen “Bavariya”sını 2:0 hesabı ilə məğlub edərək kubokun sahibi olub.

“İnter” 1964 və 1965-ci illərdə də əsas avrokubok turnirinin qalibi olub.Xatırladaq ki, o, 1967 və 1972-ci illərdə finalda məğlub olub.

Daha çox göstər
Back to top button