ArtsaxBaşlıcaSiyasət

Artsax XİN başçısı Ermənistanda akkreditə olunmuş xarici səfirlərə rəsmi məktublar göndərib

Artsax Respublikasının xarici işlər naziri Sergey Ghazaryan Ermənistan Respublikasında akkreditə olunmuş xarici səfirlərə rəsmi məktublar göndərib və orada Artsax xalqını təhdid edən mövcud təhlükələrlə bağlı Artsax hökumətinin narahatlığını təqdim edib.

Nazir qeyd edib ki, 2020-ci ildə noyabrın 9-da üçtərəfli bəyanatın imzalanmasından bəri Azərbaycan yalan məlumatlar yayır guya ki, Artsaxda qeyri-qanuni hərbi fəaliyyətlər var, silahlar ötürülür, bununla da öz qanunsuz hərəkətlərinə və Artsax xalqına qarşı mümkün yeni hücumlara haqq qazandırmağa çalışır.

Məktubda qeyd olunub ki, 44 günlük müharibədən sonra Azərbaycan Artsaxın işğal olunmuş ərazilərində onlarla yeni hərbi obyekt tikib, orada minlərlə hərbçini yerləşdirib, o cümlədən mütəmadi olaraq hərbi təlimlər keçirir, arsenalını əsasən hücum silahları ilə təchiz edərək, beynəlxalq silahlara nəzarət mexanizmlərinə məhəl qoymur.

Nazir Azərbaycan tərəfindən Artsaxın 5 aydan artıq blokadası və onun humanitar və təhlükəsizlik nəticələrinə, o cümlədən 9 noyabr 2020-ci ilintarixli üçtərəfli bəyanatına və 22 fevral 2023-ci il tarxili BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin qərarına zidd olaraq Laçin dəhlizində qanunsuz Azərbaycan keçid məntəqəsinin yerləşdirilməsinə toxunub.

Bu kontekstdə vurğulanıb ki, Azərbaycanın qeyri-qanuni ambisiyalarını dəstəkləyən hər hansı bir hərəkət və ya bəyanat o ölkə rəhbərliyi tərəfindən Artsax xalqının etnik təmizləməyə yönəlmiş siyasətinə icazə kimi qəbul edilir.

Artsaxın xarici işlər naziri beynəlxalq aktorları Azərbaycanın hərəkətləri ilə bağlı qəti və qərəzsiz mövqe göstərməyə çağırıb.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button