BaşlıcaSiyasət

Ermənistanla Azərbaycan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır: Miller

“Ermənistanla Azərbaycan arasında danışıqlar ABŞ üçün prioritet olaraq qalır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller deyib.

Mayın 25-də Moskvada baş tutan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Zirvə görüşünə münasibət bildirən M. Miller Azərbaycanla Ermənistan arasında razılıq əldə olunana qədər ABŞ-ın danışıqları dəstəkləməkdə davam edəcəyini deyib:

“ABŞ Dövlət katibi bir neçə həftə əvvəl Vaşinqtonda iki tərəfi də salamlayıb. Daha sonra Brüsseldə danışıqlar davam edib və davam edən danışıqları dəstəkləyirik. Daha öncə dediyimiz kimi, razılığın əldə olunduğuna inanırıq və həll edilməmiş olan bəzi məsələlərdə ortaq razılığa gəlmək üçün iki tərəfi birgə işləməyə davam etməyə çağırırıq”.

Blinkenin yaxın günlərdə yenidən tərəflərlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı haqqında suala cavabda Miller deyib ki, Blinken “bu məsələ ilə məşğul olmağa davam edəcək”.

Sonradan Miller Tvitterdə Ermənistan baş naziri Nikol Paşinyanın Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması və sülhə sadiq qalması haqqında son şərhlərini yüksək qiymətləndirdiyini yazıb.

“Yekun razılıq artıq əldə olunub və biz dostlarımızın ona nail olmasına kömək etmək qətiyyətindəyik”, deyə o qeyd edib.

Daha çox göstər
Back to top button