
Laçın dəhlizinin bağlanması nəticəsində Artsaxa qayıda bilməyən Artsax vətəndaşları Qorisdəki otellərdə yaşamağa davam edirlər.
“Armenpress”in məlumatına görə, bu barədə jurnalistlərə Syunik bölgəsinin qubernatoru Robert Ğukasyan məlumat verib.
“ Syunik bölgəsində Laçın dəhlizinin bağlanması səbəbindən evlərinə qayıda bilməyən Ağavno kəndindən və Berdzor şəhərindən məcburi köçkünlər və Artsax sakinləri yaşayır. Artsaxdan olan soydaşlarımız Qoris şəhərindəki mehmanxanalarda yerləşdirilib, yeməklə təmin olunublar. Həm də Beynəlxalq Qırmızı Xaç Komitəsi hər zaman onların yanındadır. Təbii ki, bu, insanların evlərinə gedib uşaqları ilə görüşmək imkanından məhrum edilməsini heç vaxt kompensasiya edə bilməz”.
Onun sözlərinə görə, qubernatorluq elə bir ailə tanımır ki, onun və ya qubernatorluğun rəhbər işçiləri şəxsən gedib dəstək olmasın. Ağavno və Berdzordan köçkün düşənlərin də mənzil almaq üçün sertifikatları var.
“Burada məsələ bir qədər psixolojidir. İnsanlar nəhayət yaşamaq istədikləri yeri seçsələr çox gözəl olardı. Syunikdə Artsax vətəndaşlarının sayının daha çox olması, məncə, onların tərk etməli olduqları əraziyə mümkün qədər yaxın olmaq istəmələri ilə bağlıdır”, – deyə o bildirib.
Robert Ğukasyan onu da əlavə edib ki, Syunikdəki əhali bütün məsələlərdə Artsax xalqını dəstəkləyir.