BaşlıcaSiyasət

Artur Hovhannisyan:  “Dəhliz məsələsi Ermənistan üçün qırmızı xəttdir”

Parlamentin  “KP” fraksiyasının katibi Artur Hovhannisyan parlamentdə keçirilən brifinqlərdə bəyan edib ki, Ermənistan tərəfi Əliyevin səsləndirdiyi Zəngəzur dəhlizi ideyasını Rusiyanın dəstəklədiyini ilk dəfədir eşidir.

Onun sözlərinə görə: “Əliyev o zaman qeyd edib ki, o, hər hansı ekstraterritorial ərazini nəzərdə tutmur, təbii ki, danışıqlar prosesinin sonrakı mərhələlərində terminologiya baxımından yanaşmalarımızı yaxınlaşdıracağıq”.

Artur Hovhannisyan əmin edib ki, özləri dəfələrlə dəhliz məsələsinin onlar üçün qırmızı xətt olduğunu bildiriblər. “Mayın 27-də olan görüşdə bu bir daha təsdiqləndi”.

Onun sözlərinə görə, hər hansı ekstraterritorial yolun verilməsi Ermənistan üçün qırmızı xəttdir. “Əliyev çıxışında qeyd edib ki, Ermənistana heç bir ərazi iddiası yoxdur və suverenlikdən kənar yolu nəzərdə tutmur. Məhz biz bu mühitdə biz irəli getməliyik”.

Daha çox göstər
Back to top button