
Avropa İttifaqı Şurasının Prezidneti Şarl Mişel öz mikrobloqunda Ermənistan-Azərbaycan sülh danışıqlarına və Kişnyovda keçiriləcək görüşə toxunub.
“Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişinyovda keçiriləcək görüşü səbirsizliklə gözləyirik.
O, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir”,- deyə Şarl Mişel yazıb.