
Niderland parlamentinin deputatı Gert Viders ölkədə yaşayan və seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğana səs verən türklərə ölkəni tərk etməyi təklif edib.
“Ümid edirəm ki, Niderlandda İslamofaşist Ərdoğana səs verən bütün türklər indi çantalarını yığıb Türkiyəyə köçəcəklər”, – o, Twitter səhifəsində yazıb. Bundan əlavə, o, öz səhifəsində türk bayrağı ilə batan şəkli də yayımlayıb və bu sözləri yazıb: “Əlvida, Türkiyə”.
Qeyd edək ki, Niderlandda xaricdə yaşayan Türkiyə vətəndaşları arasında Ərdoğan 70,45 faiz səs toplayıb.
Xatırladaq ki, Ərdoğan Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda 52,1 faiz səslə qalib gəlib.