BaşlıcaMədəniyyət

ER İqtisadiyyat naziri Vahan Kerobyan ciddi maneələr olmasa, turist səfərləri baxımından rekord il olacağını proqnozlaşdırır

Kerobyan bu haqda  parlamentdə büdcə müzakirələri zamanı deyib.

O, bildirib ki, 2023-cü ilin ilk 4 ayında Ermənistana 630 min turist gəlib ki, bu da 2019-cu ilin göstəricisindən 35 faiz çoxdur:

“Bu, bizə düşünməyə imkan verir ki, ciddi maneələr olmasa, rekord il yaşayacağıq”- deyərək nazir qeyd edib.

10 il əvvəl aparılan araşdırmalara görə, bir turist Ermənistanda təxminən 800 dollar xərcləyib. Nazirlik yeni sorğu keçirib, nəticələr hələ yekunlaşmayıb, lakin Kerobyan qeyd edib ki, indi Ermənistanda bir turist 1200 dollar xərcləyir.

Nazirin sözlərinə görə, turistlərin adətləri də dəyişib. Turistlər daha çox ev kirayələyib, otelə xərclənməsi lazım olan pulu yığıb başqa yerə xərcləməyə başlayıblar.

Kerobyan turizmin müxtəlif ölkələrdə müxtəlif yollarla inkişaf etdiyini vurğulayıb.

Ancaq nəzərə almaq lazımdır ki, turizm kütləvi bazarda saxlanılarsa, kifayət qədər çox insan həmin sektora cəlb olunacaq və bu, ölkənin ümumi məhsuldarlığına təsir göstərə bilər.

Nazir daha əvvəl 2022-ci ildə Ermənistana 1 milyon 660 min turistin səfər etdiyini açıqlamışdı.

Daha çox göstər
Back to top button