
Mayın 30-da Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bratislavada “GLOBSEC 2023 Bratislava Forumu” çərçivəsində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə panel müzakirəsində iştirak edib.
Həmin zaman o, Ermənistan-Azərbaycan danışıqları ilə bağlı erməni tərəfinin mövqeyini təqdim edib.
ER Təhlükəsizlik Şurasının yaydığı məlumatda bildirilir ki, Armen Qriqoryan xüsusilə Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqları ilə bağlı beynəlxalq mexanizm, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası və sərhəd təhlükəsizliyi proseslərinə və regional kanalların blokdan çıxarılması məsələsinə toxunub.
Katib danışıqlar prosesində Azərbaycanın konstruktiv mövqeyinin zəruriliyini vurğulayaraq, iüstünlükpərəst istəklərdən çəkinməyə çağırıb.