
Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan AŞPA-nın Miqrasiya, qaçqınlar və köçkünlər üzrə komitəsi sədrinin birinci müavini Pol Qavanı qəbul edib.
ER hökumətinin press-relizindən əldə etdiyi məlumata görə, sonuncu Ermənistana “Laçın dəhlizi ilə sərbəst və təhlükəsiz girişin təmin edilməsi” hesabatının hazırlanması çərçivəsində faktaraşdırıcı missiya ilə gəlib.
Bu kontekstdə Azərbaycanın Laçın dəhlizini qanunsuz blokadaya alması nəticəsində Dağlıq Qarabağda yaranmış humanitar böhranla bağlı məsələlər müzakirə olunub.
Baş nazir qeyd edib ki, Azərbaycan tərəfi Ermənistandan Dağlıq Qarabağa qaz və elektrik enerjisinin nəqlini dayandırıb və ərzaq yalnız sülhməramlılar vasitəsilə daşınır.
Bütün bunların Azərbaycan tərəfindən Dağlıq Qarabağda etnik təmizləmə və soyqırımı həyata keçirmək məqsədilə həyata keçirildiyini qeyd edən Baş nazir baş verənlərə beynəlxalq cəmiyyətin layiqincə çağırışının vacib olduğunu vurğulayıb.