BaşlıcaSiyasət

Vladimir Putin Nikol Paşinyanı ad günü münasibətilə təbrik edib

RF prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın ad günü münasibətilə təbrik məktubu göndərib.

“Hörmətli Nikol Vovai,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Aramızda qurulan konstruktiv dialoqu yüksək qiymətləndirirəm. Çətin beynəlxalq vəziyyətə baxmayaraq, Rusiya ilə Ermənistan arasında müttəfiqlik münasibətlərinin uğurla inkişaf etməsi vacibdir.

Ümidvaram ki, biz ikitərəfli və regional gündəliyin aktual məsələləri üzrə Sizinlə birgə işi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və dövlət fəaliyyətinizdə uğurlar arzulayıram”.

Daha çox göstər
Back to top button