Alen Simonyan hesab edir ki, Stepanakertlə Bakı arasında beynəlxalq mexanizmlər çərçivəsində dialoq Azərbaycan üçün də çox vacibdir, çünki bu dialoq baş tutmasa, problem həll olunmayacaq.
“Biz elə vəziyyətə gəlməliyik ki, Azərbaycan otrusun və bu barədə danışsın. Çünki əks halda Azərbaycan üçün əlverişli situasiya yaranmayacaq, illərlə, onilliklərlə bağlana bilməyəcək böyük boşluq yaranacaq. Azərbaycan Artsaxda yaşayan erməni əhali ilə oturub danışmasa, o yara bir gün öz bəhrəsini verəcək”- Simonyan qeyd edib.
O hesab edir ki, əgər Bakı-Stepanakert dialoqu baş tutmasa, problem həll olunmayacaq.
“Digər variant soyqırımdır, biz buna icazə verməyəcəyik”, – o vurğuladı.