ER Baş nazir Nikol Paşinyan Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində iştirak edib.
Baş nazirin iş heyətindən alınan məlumatda bildirilir ki, 40-dan çox ölkənin liderlərini Moldova Prezidenti Maya Sandu tədbirin keçirildiyi yerdə qarşılayıb, daha sonra sammit başlayıb.
Sonrasa tədbir iştirakçılarının xatirə şəkli çəkdirilmə mərasimi olub.
“Enerji, rabitə” mövzusunda keçirilən dəyirmi masada ER Baş naziri də iştirak edib.
Nikol Paşinyan sammit çərçivəsində bir sıra ölkələrin liderləri ilə qısamüddətli danışıqlar aparıb. Baş nazir xüsusilə Sloveniyanın Baş naziri Robert Qolob, Latviyanın Baş naziri Kristianis Karinş, Böyük Britaniyanın Baş naziri Rişi Sunak, Fransa Prezidenti Emmanuel Makron, Andorranın Baş naziri Xavyer Espot Zamora ilə qarşılıqlı maraq doğuran məsələlər barədə danışıb.
Həmçinin, Litva Prezidenti Gitanas Nauseda, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Niderlandın Baş naziri Mark Vith Rutte, Portuqaliyanın Baş naziri Antonio Kosta, İsveçin Baş naziri Ulf Kristerson, İsveçrə Prezidenti Alen Berset, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel ilə söhbət edib.
İyunun 1-də Kişinyovda Ermənistanın Baş naziri, Fransa Prezidenti, Almaniya kansleri, Avropa Birliyi Şurasının sədri və Azərbaycan prezidentinin beştərəfli görüşü də planlaşdırılır.