
İyunun 12-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov arasında görüş keçiriləcək. Alınan məlumata görə,bu haqda Baş nazir Nikol Paşinyan Kişinyovda erməni icması ilə görüşündə deyib.
“Bildirmək istərdim ki, iyunun 12-də ABŞ-da, Vaşinqtonda Ermənistan və Azərbaycan Xarici işlər nazirləri formatında görüş keçiriləcək” – deyərək Baş nazir bildirib.