ArtsaxBaşlıcaSiyasət

“Artsaxın Təhlükəsizlik və İnkişaf Cəbhəsi” ictimai hərəkatının tesis iclası keçirilib

İyunun 1-də Stepanakertdə “Artsax Təhlükəsizlik və İnkişaf Cəbhəsi” ictimai hərəkatının təsis iclası keçirildi. İclasda hərəkatın daimi fəaliyyət göstərən orqanı olan Şuranın tərkibi seçildi.

Nizamnamədə qeyd olunur ki, hərəkat siyasi partiyaları, qeyri-hökumət təşkilatlarını və ayrı-ayrı vətəndaşlarını AZAD, TƏHLÜKƏSİZ, XOŞBƏXT və ERMƏNİ Artsaxı ideyası ətrafında biləşdirir.

İclasda ictimai-siyasi xadim, Artsaxın keçmiş dövlət naziri Ruben Vardanyan hərəkatın missiyası haqqında danışdı. Ruben Vardanyan qeyd edib ki, təşəbbüskarlar hərəkata üç məqsədlə başlayıblar.

“Birincisi, çox təhlükəli olan apatiya və laqeydliyə qalib gələrək ideya ətrafında birləşməkdir. İkincisi, dünya başa düşməlidir ki, biz Azərbaycanın həyata keçirmək istədiyi plana tabe olmayacağıq. Və bu, Artsax hökumətinin mövqeyi deyil, bütün xalqın mövqeyidi. Onalr öz hüquqları uğrunda mübarizəyə hazırdır. O bildirdi ki, bu mövqeyin eşidilməsi, Ermənistanın, erməni dünyasının, dostlarımızın birləşməsi vacibdir”.

Daha çox göstər
Back to top button