BaşlıcaSiyasət

Bu prosesi saxlaya bilsək, ilin sonuna kimi sülh sazişinin əldə olunması şansı var: Təhlükəsizlik Şurasının katibi

Kişinyovda sərhədin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin nəhayət həll olunduğunu deyə bilmərik, amma irəliləyiş əldə edirik.

Bunu ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Bütün məsələlər vacibdir və bütün məsələlər bir-biri ilə bağlıdır. Əminəm ki, humanitar məsələlərdə irəliləyiş əldə etsək, yəni bütün əsirlər azadlığa buraxılsa, blokada götürülsə, biz itkin düşmüş şəxslərin taleyi haqqında məlumat tapacağıq, Stepanakerlə Bakı arasında dialoq və müzakirələri olmalıdır, yəni təhlükəsizlik və hüquqlar bu formatda müzakirə olunmalı, hesab edirəm ki, biz müəyyən addımlarla irəliləyirik”,-deyə o qeyd etdi.

Sülh sazişinin imzalanmasına dair suala Təhlükəsizlik Şurasının katibi cavab olaraq bildirib ki, “Danışıqlar çox intensiv gedir və belə davam etsək, ilin sonunda sülh sazişi bağlamaq imkanı yaranır”.

Daha çox göstər
Back to top button