BaşlıcaSiyasət

Paşinyan: “Azərbaycanın Laçın dəhlizi üzərində heç bir nəzarəti olmamalıdır”

ER Baş naziri Nikol Paşinyan mayın 4-5-də Çexiyaya rəsmi səfəri çərçivəsində CNN primanews televiziya şirkətinə müsahibə verib.

ER Baş nazirinin müsahibəsinin stenoqrafiyası  diqqətinizə təqdim olunur:

CNN primanews sual  –  Aydındır ki, bu gün Ermənistanın əsas problemi Dağlıq Qarabağdakı vəziyyətdir. Hazırda Dağlıq Qarabağda 120 minə yaxın erməni qalıb. Onlar rus qoşunlarının nəzarətində olan bir quru dəhlizindən asılıdırlar. Bəs, hazırda Dağlıq Qarabağda əhalinin iqtisadi, humanitar və təhlükəsizlik vəziyyəti necədir?

Baş nazir Nikol Paşinyan cavab  –  Bilirsiniz ki, Azərbaycan ötən ilin dekabrından qanunsuz olaraq Laçın dəhlizinin qarşısını bağlayıb. Niyə qeyri-qanuni deyirik, çünki 9 noyabr tarixli üçtərəfli bəyannaməyə əsasən, Laçın dəhlizi Dağlıq Qarabağ ermənilərinin, Dağlıq Qarabağın Ermənistan Respublikası ilə əlaqəsini təmin etmək üçün yaradılıb.

Və üçtərəfli bəyanata görə, Azərbaycanın o dəhliz üzərində heç bir nəzarəti olmamalıdır. Üstəlik, dəhliz təkcə yol deyil, həm də eni 5 km olan təhlükəsizlik zonasıdır. Buna görə də bloklama qanunsuzdur.

Blokada nəticəsində Dağlıq Qarabağda humanitar böhran yaranıb, çünki birincisi, insanlar hərəkət etmək hüququndan məhrumdurlar.

 İkincisi, ərzaq və ilkin tələbat mallarının təchizatı sülhməramlılar və Qırmızı Xaç tərəfindən fasilələrlə həyata keçirilir. Və bunun nəticəsi odur ki, insanlar mağazalardan malları yalnız Dağlıq Qarabağ hökumətinin verdiyi kuponlarla ala bilər ki, ərzaq ehtiyatları idarə oluna bilsin.

Ötən ilin dekabr ayından Dağlıq Qarabağda təbii qaz və elektrik enerjisi kəsilməkdə davam edir və hal-hazırda Dağlıq Qarabağa təbii qaz və elektrik enerjisi verilmir.

Bunun qış aylarında ən mühüm nəticəsi bütün məktəb və uşaq bağçalarının, ali təhsil müəssisələrinin bağlanması, 30 minə yaxın uşaq və tələbənin təhsil hüququndan məhrum edilməsi oldu.

Təbii ki, fəsillərin istiləşməsi ilə artıq uşaq bağçaları, məktəblər, universitetlər açılıb, tədris prosesi bərpa olunub.

Bu mənada qeyd edilməli olan növbəti mühüm hal aşağıdakılardır:  Artıq 2023-cü ilin fevralında Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanı Laçın dəhlizi ilə vətəndaşların və yüklərin daşınmasını təmin etmək üçün Laçın dəhlizinin blokunu açmağa məcbur edən müvəqqəti qərar qəbul edib.

Azərbaycan nəinki Beynəlxalq Ədalət Məhkəməsi ali beynəlxalq məhkəmə olduğu üçün hüquqi qüvvəyə malik olan həmin qərarın tələbini yerinə yetirmədi, hətta təxminən on gün əvvəl Laçın dəhlizində qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsini qurdu. Bu, təkcə 2020-ci il noyabrın  9-da olan üçtərəfli bəyanatın deyil, həm də Beynəlxalq Ədalət Məhkəməsinin qərarının pozulmasıdır.

Bura kimi

İndi Azərbaycan bütün bunları niyə edir? Bizim qiymətləndirməmiz və inancımız ondan ibarətdir ki, bunlar təcrid olunmuş hərəkətlər deyil, Dağlıq Qarabağda etnik təmizləmə aparmağa hazırlıqdır, etnik təmizləmədən söhbət gedəndə ondan gedir ki, Azərbaycana görə ermənilər Dağlıq Qarabağda ümumiyyətlə yaşamamalıdır.

Sual – 90-cı illərin əvvəllərindən Ermənistan təhlükəsizlik baxımından Rusiyadan kifayət qədər asılıdır, Sizin Ermənistanda Rusiya hərbi bazanız var, Rusiya silahlarınız var, hər ikiniz Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüsünüz, ona görə də mənim bir növ ikitərəfli sualım var: bu ağıllı bir addım idimi və digər tərəfdən başqa versiyanız var idimi?.

Cavab – Göründüyü kimi bu gün biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyəti ilə bağlı müəyyən məyusluğun olduğu bir vəziyyətdəyik.

 Çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan Respublikasının öz təhlükəsizliyini təmin etməli olduğu əsas mexanizmdir.

Lakin 2021-ci ilin may və noyabrında və 2022-ci ilin sentyabrında Azərbaycanın törətdiyi təcavüzlər zamanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının qeyri-adekvat reaksiyası, ilk növbədə, Ermənistan xalqında müəyyən məyusluq yaradıb, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi etibarlı təhlükəsizlik mexanizmidir.

Amma bu baş vermədi və KTMT-nin Yerevan sammiti zamanı bir sıra fundamental sənədlər üzrə konsensusun yaradılmasını mümkün saymamağımızın səbəbi də məhz bu idi.

Amma mən istəyirəm ki, məsələyə həm də əks tərəfdən baxaq, çünki bu, təşkilat üçün də zərərlidir. Əslində qeyd etdiyim dövrdə Ermənistanla bağlı baş verənlər ilk növbədə məhz Kollektivin nüfuzuna zərbə vurur. Yəni bunun təşkilatın özü üçün də müəyyən nəticələri olacaq.

Sual –Məncə, bütün müharibə ərzində və ötən ilin noyabrında Yerevanda keçirilən sammitdə, Siz sənədi imzalamaqdan imtina edərkən  və cənab Lukaşenko şokda idi və cənab Putin isə  açıq-aydın qəzəbli idi. Mən onu bu qədər qəzəbli görməmişdim və qəzəbli şəkildə də uzaqlaşdı.

Cavab  –  Bunlar iş vəziyyətləridir və Sizin qeyd etdiyiniz xülasədən sonra işçi nahar keçirildi və biz rahat şəkildə mövcud vəziyyəti, qarşılıqlı hörmət şəraitində vəziyyətə necə üstün   gələ biləcəyimizi müzakirə etdik.

Sual – Vladimir Putinlə  Siazin şəxsi münasibətiniz necədir? O, çox soyuq, demək olar ki, duyğusuz bir insana bənzəyir. Onunla iş münasibətinizmi, ya şəxsi münasibətinizmi var, yoxsa bu  iki dövlətinişidir?

Cavab – Ümumiyyətlə, deməliyəm ki, ekranlarda görünən təəssüratlar, real həyat təəssüratları, yaşadığımız fəsadlar və içində olduğumuz çətin dövrlər əslində fərqli təbəqələrdir.

Bəli, bizim Rusiya Federasiyasının Prezidenti ilə ünsiyyətimiz çox intensive olub və intensiv olmaqda davam edir.

Biz bu ay ən azı 2 dəfə görüşəcəyik. Və deməliyəm ki, bu, həm şəxsi təmas, həm siyasi təmas, həm də işgüzar təmasdır. Başqa bir şey də odur ki, xüsusən indi biz ikitərəfli münasibətlərimizin gündəliyinə, regional gündəliyimizə aid olmayan məsələləri çox müzakirə etmirik və ya çətin ki, müzakirə edirik.

Mən sizə səmimi olaraq bir şeyi deyim: Ermənistanın daha geniş regionun və dünyanın bəzi hissələrinin qayğısını öz çiyinlərində daşıya biləcək qədər çox problemləri var.

Təəssüflər olsun ki, bizim qayğılarımız kifayət qədərdir və Avropa Birliyi, ABŞ və Rusiya ilə münasibətlərimizdə gündəmimizdəki problemləri həll etməyə çalışırıq, gördüyünüz kimi, təəssüf ki, həmişə uğurlu olmur.

Sual – Bəs Ukrayna müharibəsi, Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı Ermənistanın mövqeyi necədir, çünki Siz bir tərəfdən Rusiyanın müttəfiqisiniz, digər tərəfdən isə Rusiya Federasiyasının Ukraynada çox arzuolunmaz əməllərinin şahidi oluruq.

Cavab – Siz dediniz ki, biz Rusiyanın müttəfiqiyik. Təbii ki, bu barədə  heç vaxt ucadan deyilməyib, amma məncə, göründüyü kimi biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik.

Və bizim o müharibədən, o münaqişədən duyduğumuz hiss narahatlıqdır, çünki bütün münasibətlərimizə birbaşa təsir edir.

Qərbdə bizim Rusiyanın müttəfiqi olduğumuzu görürlər, bunu daha çox hiss edirlər, Rusiyada Ukrayna müharibəsində onların müttəfiqi olmadığımızı görürlər və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik.Həmin münaqişə bir başa bizim münasibətlərimiz üzərinə təsir edir.

Vəziyyətlə bağlı fikirlərimiz olmadığı üçün bundan qaçmırıq, amma bir az əvvəl dediyim kimi ondan qaçırıq ki, bizim narahatlıqlarımız təəssüf ki, bizə daha çox iştirak etməyimizə imkan verəcəklərindən çoxdur.

Sual –  Ermənistan çox çətin siyasi vəziyyətdədir. Sizin böyük qonşunuz Türkiyədir, Rusiya başqa bir böyük regional gücdür, həm də İran var.

Avropa Birliyi isə deyəsən, kifayət qədər uzaqdadır, bəs Avropa Birliyi Ermənistanın, Dağlıq Qarabağın mürəkkəb probleminin həllinə real şəkildə necə kömək edə bilər? Əslində seçimlərimiz varmı, əlimizdə hər hansı rıçaq varmı?

 Cavab – Əvvəla, bizim strategiyamız sizin qeyd etdiyinizə əsaslanır. Baxın, siz deyirsiniz ki, biz çətin geosiyasi vəziyyətdəyik. Əslində biz çətin geosiyasi vəziyyətdə deyilik, biz coğrafi siyasi vəziyyətdəyik.

Yəni, bizim mürəkkəbliyimiz geosiyasətdən deyil, mürəkkəbliyimiz coğrafiyadandır, çünki dünyanın siyasəti necə dəyişsə də, coğrafiyamız dəyişməyəcək.

Və buna görə də biz xalqımıza aşağıdakı siyasi baxışı təklif edirik və təklif edirik ki, xarici siyasətimizin əsas məqsədi ilk növbədə yaxın qonşularımızla normal münasibətlər olmalıdır. Bunu dinləmək nə qədər çətin olsa belə qeyd etməliyik ki,tarix özü ilə olduqca mürəkkəblik gətirir, olduqca çoxlu mənfi yüklər gətirib.

Sual – Siz Ermənistanda Məxməri İnqilab nəticəsində  hakimiyyətə  gəlmisiniz.Hansı ki,  çexlərə 1989-cu ilin Məxməri inqlabı barədə xatırlatdı.  İki il sonrasa 90-cı illərin əvvəlindən bəri erməni xalqının ən böyük problemi ilə üzləşdiniz. Belə bir problemlə qarşılaşacağınızı gözləyirdinizmi?

Cavab – Deyə bilərəm ki, məncə, o müsahibə dərc olunub, bu, mütləq inqilabdan əvvəl olub. Bir dəfə məndən soruşdular ki, Sizin ideal siyasətçiniz kimdir? Mən  iki nəfərin adını çəkdim, əgər yaddaşım düzgündürsə, əminliklə , Nelson  Mandela və Vaslav Havel dedim.

Və doğurdan da  həyata keçirdiyimiz inqilab, o nümunələr və Çexoslovakiya nümunəsi, əlbəttə ki, daima mənim düşüncəmdə və gözümün önündə olub.

Təxmin edə bilərdimmi, bəli, təxmin edə bilərdim, amma digər tərəfdən, göründüyü kimi, təxmin edə bilməzdim ki,  əslində  təxmin edə bilməzdim nəinki yalnız mübarizələr idi, həm də göründüyü kimi  bu halda qlobal  tələ idi və göründüyü kimi qapantı idi.

Təbii ki, bu barədə çox düşünürəm və təbii ki, özümə suallar verirəm və birbaşa deməliyəm ki,  elə deyil ki, hələ də bütün suallara özüm üçün cavab tapmışam.

Güman etmək üçün, əlbəttə ki, hər zaman güman etmək olar, amma təbii ki, insan təbiətcə nikbindir və optimistdir, belə bir deyim olsa da, optimistin zəif məlumatlı pessimist olmasının iki yolu var. Təbii ki, Baş nazir postunu tutandan sonra nə qədər çox şey öyrəndimsə, optimizm bir o qədər azaldı.

CNN primanews  sual – Cənab Baş nazir, vaxt ayırdığınız üçün Sizə təşəkkür edirəm və çətin işinizdə Sizə uğurlar arzulayıram.

Baş nazir Nikol Paşinyan cavab – Mən də təşəkkür edirəm.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button