BaşlıcaSiyasət

Almaniya Bakıda saxlanılan erməni hərbi əsirlərin dərhal azad edilməsini gözləyir

Almaniya sülh danışıqları çərçivəsində Bakıda saxlanılan erməni hərbi əsirlərin dərhal azad ediləcəyini gözləyir.

Bunu Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot Yerevanda keçirilən mətbuat konfransında deyib.

“Biz gözləyirik ki, Bakıda saxlanılan erməni hərbi əsirlər sülh danışıqları çərçivəsində dərhal azad ediləcək və sərhədin demarkasiyası prosesi nəticəsində Ermənistanın ərazi bütövlüyü qeyd-şərtsiz tanınacaq”, – Rot bildirib.

Qeyd edək ki, Mixael Rot Ermənistana səfəri çərçivəsində bir sıra görüşlər keçirib, həmçinin Erməni Soyqırımı Memorialını ziyarət edib.

Daha çox göstər
Back to top button