Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixael Rot ümid edir ki, Azərbaycan da öz tərəfində Aİ missiyasını həyata keçirməyə razı olacaq, lakin hələ nikbin siqnallar almamışlar.
Rot bu barədə Yerevanda jurnalistlərlə söhbət zamanı deyib.
“Biz Ermənistan hökumətinə Aİ-nin mülki missiyasını Ermənistanda monitorinq aparmağa dəvət etdiyinə görə təşəkkür edirik. Məmnuniyyətlə bildiririk ki, Aİ missiyası yaxın gələcəkdə fəaliyyətini genişləndirəcək. Və biz ümidvarıq ki, Azərbaycan tərəfi də öz tərəfində belə bir missiyanın fəaliyyətinə razılıq verəcək”, – Rot bildirib.
O Azərbaycandan heç bir nikbin siqnal almadıqlarını bildirib və qeyd edib ki, sülh və sabitlik problemi təkcə Ermənistanın problemi deyil.
“Azərbaycan da ümumbəşəri regional təhlükəsizliyin və sülhün sabitləşməsinin iştirakçısı olmalıdır. Bu, tərəflərə təqdim etdiyimiz təklifdir və onların cavabını gözləyirik”, – deyə o bildirib.