İctimaiyyət

Ermənistan BMT-nin 29-cu iqlim sammitinə ev sahibliyi etmək niyyətindədir

Bolqarıstan və Aİ üzvü olmayan Ermənistan BMT-nin 29-cu iqlim sammitinə ev sahibliyi etmək üçün müraciət edib, Azərbaycan bu həftə öz adını ev sahibi ölkə namizədləri siyahısına əlavə edib.

COP sammitinə ev sahibliyi etmək imkanı BMT-nin 5 regionuna rotasiya əsasında verilir. 2024-cü ildə sammitə Şərqi Avropa ölkələri ev sahibliyi edəcək. Regionun 23 ölkəsi ev sahibi ölkəni yekdilliklə seçməlidir. “Reuters” qeyd edir ki, Rusiya bütün Aİ ölkələrinə veto qoysa, Ermənistan və Azərbaycanın hələ də sammiti keçirmək şansı var.

2024-cü ildə COP29-a ev sahibliyi edən ölkə 2023-cü il noyabrın 30-dan dekabrın 12-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək COP28 sammiti zamanı müəyyən edilə bilər.

Daha çox göstər
Back to top button