BaşlıcaSiyasət

Artsaxla bağlı bəyanatlara görə Azərbaycanda Fransaya qarşı növbəti isteriya dalğası başlayıb

Azərbaycanda yenidən Fransaya qarşı isteriya başlayıb. Bu dəfə səbəb Fransa prezidenti Emmanuel Makronun Artsaxla bağlı son bəyanatları idi. Fransa prezidenti bəyan edib ki, “Artsax və ümumilikdə Ermənistan məsələlərində qətiyyətimə şübhə etməyin. Beynəlxalq ailədə bu gündəmlə demək olar ki, tək mən olsam belə, səylərimi davam etdirəcəyəm. Mən Əliyevə daha çox təzyiq göstərmişəm və bundan sonra da göstərəcəyəm. Artsax məsələsində qəti mövqeyi və mesajı olan yeganə şəxs mənəm. Biz əlimizdən gələni edəcəyik”.

Makronun bu bəyanatı gözləndiyi kimi Azərbaycanda Fransaya qarşı yeni nifrət dalğasına, o cümlədən ölkə prezidenti səviyyəsində səsləndirilən təhqirlərinə səbəb olub. Dünyada dikator kimi qəbul edilən Azərbaycan prezidenti Makrona cavab olaraq Avropa Birliyinin üzvü olan Fransanı “neokolonializm siyasətində” ittiham edib.

Azərbaycan prezidenti öz ölkəsində heç vaxt hörmət olunmayan insan hüquqlarından da danışdı. Çox gülüncdür ki, 120 min erməninin xalqların öz müqəddəratını təyinetmə hüququnu aylarla pozan Əliyev çıxışında insan hüquqları və bu hüquqların qorunmasından danışa bilər. İlham Əliyev xüsusilə Fransaya qarşı soyqırımı ilə bağlı ittihamlar irəli sürərkən özünü daha acınacaqlı vəziyyətə salır. Çünki sözdə soqyırımları pisləyən Bakı diktatoru bütün bəyanatlarında açıq şəkildə ermənilərin məhv edilməsindən danışır.

Nikol Paşinyan da öz növbəsində Azərbaycanın Fransaya qarşı ittihamlarına toxunub. O qeyd edib ki, “Azərbaycan aylardır Fransaya qarşı genişmiqyaslı təbliğata başlayıb. Fransa rəsmi və ictimai platformalarında Azərbaycanın Qarabağa qarşı atdığı qanunsuz addımlar barədə birbaşa qiymətlər səsləndirilir, həyəcan təbili çalır. Dağlıq Qarabağda ermənilərə qarşı Azərbaycanın etnik təmizləmə siyasətinin bir hissəsi də Dağlıq Qarabağda yaradılmış humanitar böhrana və Azərbaycanın hərəkətlərinə obyektiv qiymət verən beynəlxalq təşkilatların və ölkələrin hədəfə alınmasıdır. Fransaya qarşı aparılan təbliğat Dağlıq Qarabağda yaranmış humanitar böhrana başqa dövlətlərin qiymət verməsinin qarşısını almaqdır”.

Azərbaycan Prezidentinin bəyanatları ilə paralel olaraq bütün Azərbaycan mediası da Fransaya, Fransa daxilində baş verən hadisələrinin şişirdilməsi ilə boğulmuşdu. Bu kontekstdə məhz azərbaycanlıların qeyd etdiyi kimi, yalnız nifrət ifadələrinin, müxalifətçilərin həbsinin, insanların hüquqlarının total şəkildə tapdalanmasının, soyqırım siyasətinin aparıldığı bir ölkənin Fransanı insan hüquqlarını pozmaqda ittiham etməsi sadəcə olaraq gülüncdür.

Başqa ölkələrə dərs verməkdənsə, Əliyev öz vətəndaşlarının hüquqlarını düşünsə, daha yaxşı olar. Xatıladaq ki, cəmi bir neçə gün əvvəl Azərbaycan polisi Söyüdlü kəndində ekoloji fəlakətə qarşı etiraz edənləri zorakılıqla dağıtdı.

Daha çox göstər
Back to top button