İran Məclisinin Təbrizdən olan deputatı Ruhullah Mötəfakerazad azərbaycanlı deputatların Xalq Mücahdləri Təşkilatının konfransında iştirakına toxunaraq “Twitter”də yazıb:
“Azərbaycan parlamentinin iki nümayəndəsinin Xalq Mücahdləri terror qruplaşmasının aksiyalarında iştirakı terrora açıq dəstəkdir. Hətta amerikalılar və avropalılar münafiqləri dəstəkləməkdən imtina etdikləri halda, bu axmaqlıq sionistlərlə dostluğun nəticəsidir”.
Xatırladaq ki, Xalq Mücahdləri xaricdən fəaliyyət göstərən, İranda terror təşkilatı sayılan müxalif təşkilatdır.