BaşlıcaSiyasət

Mirzoyan: “Ermənistanın suveren ərazisi dəfələrlə təcavüzə məruz qalıb”

ER Xarici işlər naziri Ararat Mirzoyan Dubrovnikdə keçirilən Forumda beynəlxalq hüququn və beynəlxalq qaydaların pozulmasından danışıb.

Nazirin Twitter səhifəsində qeyd etdiyi kimi, Ermənistan Respublikasının suveren ərazisi dəfələrlə təcavüzə məruz qalıb.

“İndi biz qlobal çaşqınlıqdan, həmçinin beynəlxalq hüququn, beynəlxalq qaydaların pozulmasından danışırıq.

Biz bu barədə 2020-ci ildən, Azərbaycan Dağlıq Qarabağda təcavüzkar müharibəyə başlayandan danışırıq.

Ermənistan Respublikasının suveren ərazisi dəfələrlə təcavüzə məruz qalıb” – deyərək XİN rəhbəri özünün “Twitter” səhifəsində yazıb.

Daha çox göstər
Back to top button