ArtsaxBaşlıcaSiyasət

Qaz, işıq, yanacaq, ərzaq və digər məişət məhrumiyyətləri ilə Azərbaycan təbii haqqımızı əlimizdən alıb, azadlıq ruhumuzu qıra bilməz: Artak Beglaryan

Artsax dövləti nazirinin müşaviri Artak Beqlaryan Ermənistandan Artsaxa qaz təcizatının bərpası və yenidən kəsilməsinə toxunub.

O qeyd edib ki, dünən (8 iyul) Azərbaycan Ermənistandan Artsaxa qaz nəqlini bərpa etdi, bir neçə saat əvvəl yenidən kəsildi. Bu mövzuda Artsax tərəfi ilə heç bir əlaqə olmayıb.

“Bu addımın əsas məqsədi bəlkə də konkret məqamda xarici təzyiqi müəyyən dərəcədə azaltmaq idi, amma əminəm ki, Azərbaycan hakimiyyəti bir sıra başqa məqsədlər güdürdü, məsələn, istənilən vaxt gözlənilmədən yandırıb-söndürməklə, Artsax xalqı arasında daimi qeyri-müəyyənliklər və müxtəlif söz-söhbətlər və şübhələr yaratmaq. Qazın verilişində 109 günlük fasilədən sonra qəfil bərpa olunmasının əlavə insidentlərə və insan tələfatına səbəb ola biləcəyi cinayət niyyətini də istisna etmirəm.

Azərbaycan hakimiyyəti dərk etməlidir ki, qaz, işıq, yanacaq, ərzaq və digər məişət məhrumiyyətləri ilə təbii haqqımızı əlimizdən alıb, azadlıq ruhumuzu, iradəmizi qıra bilməzlər.

Artsaxın tam mühasirəyə alınması, elektrik enerjisi və qaz təchizatında fasilələr bəşəriyyətə qarşı cinayətlərin təzahürüdür, bu isə o deməkdir ki, beynəlxalq ictimaiyyət bu pozuntuları təcili və praktiki olaraq aradan qaldırmalı və humanitar fəlakətin daha da dərinləşməsinin qarşısını almalıdır. Və bunun həyata keçirilməsinin məcburi formalarından biri də öz müqəddəratını təyinetmə hüququmuzun tanınması və qorunmasıdır, çünki humanitar fəlakət sadəcə olaraq xalqımızın siyasi hüquq və azadlıqlarının repressiyasının nəticəsidir”.

Daha çox göstər
Back to top button