Başlıcaİctimaiyyət

Altı ayda Ermənistana 1 milyon turist gəlib

İqtisadiyyat Nazirliyinin Turizm Komitəsinin sədri Sisian Poğosyan bəyan edib ki, bu ilin ilk 6 ayında Ermənistana 1 milyon turist gəlib.

“Bu, əldə etdiyimiz ən yaxşı göstərici idi. 2019-cu il turizm sektoru üçün ən yaxşı il olub. 2019-cu ilin ilk 6 ayı ilə müqayisədə bu il bizdə 30 faiz artım var. 2019-cu ili 1,9 milyon turistlə başa vurduq və bu templə davam etsək, 2 milyonu keçəcəyimizə ümid edirik”, – deyə Poğosyan bildirib.

Onun sözlərinə görə, bu fəallıq müxtəlif səbəblərlə bağlıdır. “Biz Ermənistan brendini beynəlxalq bazarda təqdim etmək, daha tanınmaq üçün çox iş görürük, çox maraqlı kampaniyalarımız var, müxtəlif aviaşirkətlərlə işləyirik. Müxtəlif beynəlxalq sərgilərdə iştirak edirik. Biz İtaliya bazarını aktivləşdirməyə hazırlaşırıq, çünki İtaliyadan Ermənistana böyük maraq ola bilər. Ölkəmizə həmişə ən çox maraq göstərən Rusiya olub. Turistlərimizin 52 faizi Rusiyadan, ikinci yerdə Gürcüstan və İrandandır”.

Daha çox göstər
Back to top button