BaşlıcaSiyasət

Azərbaycanda saxlanılan şəxslər BQXK vasitəsiylə ailələri ilə əlaqə qurub

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Azərbaycanda əsirlikdə saxlanılanlara  növbəti dəfə baş çəkiblər.

Söz Bakı tərəfindən saxlanılması təsdiqlənən bütün şəxslərə aiddir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ələqaələr üzrə proqramlarının rəhbəri Zara Amatuni saxlanılanların sayını açıqlamadan bu barədə Factor.am-a məlumat verib.

“Görüşlərimiz zamanı hər kəsə müxtəlif ünsiyyət vasitələri ilə ailələri ilə əlaqə saxlamaq imkanı verilir.

Bu yaxınlarda Azərbaycanda saxlanılan iki erməninin ikinci görüşü idi, onların işində məktub mübadiləsi formatından istifadə olunurdu” – deyə  Zara Amatuni izah edib.

Saxlanma şəraitinə gəlincə, Amatununun sözlərinə görə, bütün məsələlər həmin şəxsləri saxlayan orqanların nümayəndələri ilə müzakirə olunur.

Mətn factor.am-ə məxsusdur.

Daha çox göstər
Back to top button