BaşlıcaSiyasət

Əyri güzgülər krallığı:  Pietro Parolin Vatikan və Bakının ümumi yanaşmalarını açıqlayıb

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında çox gözəl əlaqələr mövcuddur.

APA-nın məlumatına görə, bu haqda Azərbaycanda səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi, kardinal Pietro Parolin Qafqaz Müsəlmanları İdarəsinin  sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə deyib.

O, qeyd edib ki, Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dinlərarası dialoq, əməkdaşlıq və sülhə dair danışıqlar aparılır.

“Azərbaycan Respublikası hökumətinin üzvlərinə minnətdarlığımı bildirirəm. Humanitar məsələlərdə, xüsusən də təhlükəsizlik və sabit sülh məsələlərində Müqəddəs Taxt-Tacla Azərbaycan eyni mövqedədir.

Bölgədə təmsilçiliyimiz çox önəmlidir. Çünki uzun illər ərzində diplomatik əlaqələrimiz dərinləşib və biz sülh yolu ilə həll yollarının axtarışı da daxil olmaqla, güclü tərəfdaşlığa doğru birgə çalışmışıq.

 Keçən il biz Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik.

Aydındır ki, bu səviyyəli tərif Azərbaycanı yeni “humanitar şücaətlər” göstərməyə sövq edəcək, bunun bariz sübutusa Artsaxın blokadasıdır.

Daha çox göstər
Back to top button