ArtsaxBaşlıcaSiyasət

Davit Babayan Azərbaycanın son təxribatına toxunub

Azərbaycanın davranışı beynəlxalq birliyin amorf və dişsiz siyasətinin nəticəsidir. Bunu Artsax prezidentinin müşaviri Davit Babayan NEWS.am ilə müsahibəsində bildirdi.

“Qaz təcizatının bərpası zamanı sevinənlər oldu, amma biz kiminlə məşğul olduğumuzu dərk etməli və belə bir işdə daha diqqətli olmalıyıq, çünki onlar elə bir iş görmürlər. Bu işgəncənin bir təzəhürrüdür. Başqa izahı yoxdur. Qırmızı Xaç təşkilatının ölkəyə girişinə qadağa isə sadəcə bəhanədir, gömrük postu quraşdırmaq siyasəti və ya təzyiq formasıdır. Lakin bu, beynəlxalq ictimaiyyət qarşısında amorf konsepsiyaya malik olmağımızın nəticəsidir. Bu azğın davranışın qarşısını almaq üçün heç bir addım atmırlar”, – Babayan bildirib.

O deyib ki, bütün tərəflər öz mövqeyini dəqiqləşdirməlidir. Rusiya da aydın mövqe nümayiş etdirməlidir. O bədbəxt müqavilədə belə bir bənd varmı ki, Azərbaycan ona nəzarət məntəqəsi qoysun. Yoxdursa, Rusiya öz öhdəliklərini yerinə yetirsin. Bu məsələ Kreml səviyyəsində həll olunmalıdır, ona görə də biz Rusiya Federasiyasının prezidentinə müraciət edirik.

Daha çox göstər
Back to top button