BaşlıcaSiyasət

İndi də Qızıl Xaç Azərbaycanın hədəfindədir -Laçın dəhlizi yenidən bağlanıb

Hadrutlu Artur Sargsyan ailəsinin bir hissəsi 212 gündür ki, Stepanakertdə mütəmadi olaraq tam mühasirədədir. Ailənin atasının sözlərinə görə, çıxılmaz vəziyyətdədir, indi o, çətin şəraitdə olan, insanların hazırda sağ qaldığı Artsaxda olmaq istərdi. Bütün bunlara paralel olaraq Azərbaycan hakimiyyəti Beynəlxalq Qızıl Xaç Komitəsinin Laçın dəhlizinə girişini yenidən bağlayıb.

Bakı bu dəfə beynəlxalq humanitar təşkilatı qaçaqmalçılıqda ittiham edib. Azərbaycan DSX-nin məlumatına görə, BQXK-a məxsus avtomobillərdə olan siqaret və mobil telefonlar qaçaqmalçılıq təzahürüdür və bununla bağlı cinayət işi başlanıb.

Məlumata görə, nəqliyyat vasitələrinin salonund 15 ədəd mobil telefon, 115 ədəd mobil telefon ekranı, 120 ədəd mobil telefon üçün qida bloku, 848 qutu siqaret, 320 lt benzin aşkar olunaraq saxlanılmışdır.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Ermənistan nümayəndəliyinin nümayəndəsi Zara Amatuni Faktor TV-yə deyib ki, adıçəkilən şəxslər BQXK-nın əməkdaşları olmayıb və həmin avtomobillərə müvəqqəti olaraq təşkilatın loqosu vurulub.

“Təəssüf edirik ki, bizim xəbərimiz olmadan dörd sürücü müvəqqəti olaraq BQXK-nın loqosu olan şəxsi avtomobilləri ilə ticarət mallarını daşımağa cəhd ediblər. Adıçəkilən şəxslər BQXK-nın əməkdaşları olmayıb və onlarla bağlanmış xidmət müqavilələrinə BQXK tərəfindən dərhal xitam verilib. Laçın dəhlizi boyunca bizim işimiz həmişə və yalnız humanitar xarakter daşıyır”, – Amatuni qeyd edib.

ER XİN-in mətbuat katibi Ani Badalyan da özünün Twitter mikrobloqunda yazıb:

“Laçin dəhlizində qeyri-qanuni nəzarət-buraxılış məntəqəsi quraşdırılandan bəri Azərbaycan Beynəlxalq Məhkəmənin qərarlarına zidd olaraq hətta Beynəlxalq Qızıl Xaç Komitəsinin hərəkətini, o cümlədən sağlamlıqlarına görə insanların təxliyəsini davamlı olaraq qadağan edib. Etnik təmizləmənin qarşısını almaq üçün Dağlıq Qarabağın 7 aylıq blokadasını aradan qaldırmaq üçün əlavə beynəlxalq səylər və hərəkətlər lazımdır”.

Rəsmi Bakı bu iş tərzi ilə əslində növbəti təxribatını davam etdirir. Politoloq Armen Hovhannisyan qeyd edir ki, beynəlxalq məhkəmələrin qərarları Azərbaycanın Artsaxdakı səlahiyyətlərini məhdudlaşdırır və bu, Bakını belə addımlar atmağa vadar edir.

Daha çox göstər
Back to top button