BaşlıcaSiyasət

Əliyevlə telefon danışığı zamanı Blinken Laçın dəhlizi ilə sərbəst hərəkətin vacibliyini vurğulayıb

İyulun 12-də ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının prezident İlham Əliyevə zəng edib.

Telefon danışığı əsnasında Antoni Blinken ölkəsinin Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə müzakirələrə davamlı dəstəyini ifadə edib, danışıqlar prosesində yaradıcı və qarşılıqlı güzəştlərə əsaslanan yanaşmanın vacibliyini bildirib.

“Dövlət katibi Blinken Laçın yolundan ticari, humanitar və şəxsi nəqliyyat vasitələrinin sərbəst keçməsinin vacibliyini qeyd edib. O, hər iki tərəfin möhkəm və layiqli sülh haqqında danışıqlarda müsbət dinamikanı qoruyub saxlaması zərurətini vurğulayıb”.-deyə Dövlət Departamentinin rəsmi nümayəndəsi Metyu Miller gündəlik brifinqdə bildirib.

Daha çox göstər
Back to top button