BaşlıcaEkonomika

Kerobyan Rusiya ilə ticarət dövriyyəsinin 60%-ə qədər artacağını proqnozlaşdırır

Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin artımı ilin sonuna kimi 60%-ə çata bilər. “Armenpress”in məlumatına görə, bu barədə TASS-a Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan Yekaterinburqda keçirilən “İnnoprom-2023” sərgisində bildirib.

“Ötən il Rusiya ilə ticarət dövriyyəmiz 5 milyard dollardan çox olub. İndi biz ikiqat artım səviyyəsindəyik. Düşünürəm ki, biz ilin sonuna kimi 50-60% artıma çatacağıq”, – deyə Kerobyan bildirib.

Nazir vurğulayıb ki, Rusiya Ermənistanın “bir nömrəli ticarət tərəfdaşıdır”.

Kerobyan əlavə edib ki, Aİİ ölkələri ilə ticarət də iki dəfə artıb.

Daha çox göstər
Back to top button