BaşlıcaSiyasət

Qriqoryan: “RF  ER-na müqavilə əsasında silah -sursat verməməsi məsələsi gündəmdə qalır”

RF tərəfindən Ermənistana müqavilə əsasında silah -sursat verməməsi məsələsi Ermənistan-Rusiya münasibətlərində gündəm məsələsi olaraq qalmaqda davam edir.

 Lakin Təhlükəsizlik Şurası katiblərinin Minskdə keçirilən son görüşündə Rusiya tərəfi ilə müzakirə olunmayıb. Bu  haqda  “Amerikanın səsi”nə müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Bütün problemlər həllini tapmaq üçün tərəfdaşlarımızla açıq və sakit şəkildə müzakirə edilməlidir. Çünki bu problemlər Ermənistan üçün strateji əhəmiyyət kəsb edir.

 Ümid edirik ki, bu problemlər həll olunacaq, çünki onlar Ermənistan üçün olduqca vacibdir. Ümid edirik  və anlayış var ki, , onlar Ermənistan üçün çox önəmlidir”- deyərək  o, qeyd edib.

Daha çox göstər
Back to top button