BaşlıcaSiyasət

TŞ katibi: “Nüvə enerjisi sahəsində ABŞ və Rusiyadan başqa, Koreya və Fransadan da təkliflər almışıq”

Nüvə enerjisi sahəsində ABŞ və Rusiyadan başqa, Ermənistana Cənubi Koreya və Fransadan da bu sahə ilə bağlı təkliflər daxil olub. Bu haqda  “Amerikanın səsi”nə müsahibəsində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

Onun sözlərinə görə, Yerevan yeni atom elektrik stansiyasının tikintisi və ya mövcudun modernləşdirilməsi ilə bağlı yekun qərarın qəbul edilməsi üçün daxili və xarici müzakirələri davam etdirir.

“Hesab edirəm ki, bu, müxtəlif ölkələrlə əməkdaşlığımızın genişləndirilməsi kontekstində çox yaxşı fürsətdir”.

Qriqoryan qeyd edib ki, Ermənistan Rusiya və Amerikanın nüvə təkliflərini bu, maraqları və imkanları baxımından müzakirə edir. “Mən əminəm ki, yekun qərar bu prinsiplər əsasında veriləcəkdir”.

Daha çox göstər
Back to top button